Bazar, 05 May

"Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir" - Sergey Şoyqu

image

“Nüvə müharibəsi ehtimalı getdikcə artır”.

Xəbər verilir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.

S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15